SON DƏQİQƏ

5 aprel 2026-cı il tarixində intensiv yağan yağışlar nəticəsində Bakı dairəvi magistral kollektoru kəskin artıb..

5 aprel 2026-cı il tarixində intensiv yağan yağışlar nəticəsində Bakı dairəvi magistral kollektoru su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə.Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşmışdır.

Məlum olmuşdur ki, hadisəyə səbəb Xətai rayonu, R.Bağırov küçəsində, magistral kollektorda bir müddət öncə baş vermiş çökmədir. Çökmə nəticəsində tullantı sularının axın istiqamətinin məcburi qaydada dəyişərək alternativ xətlərə yönəldilmişdir. Qəza vəziyyəti drenaj-kanalizasiya sistemində kəskin yüklənmə yaradaraq magistral xətlərdə hidravlik təzyiqin kəskin artmasına səbəb olmuş, nəticədə M.Ə.Sabir küçəsinin relyef baxımından çökəklik ərazidə yerləşməsi kənarlaşdırıla bilməyən suların məhz bu nöqtədə intensiv toplanmasına şərait yaratmışdır. Ərazidə suyun səviyyəsinin sürətlə yüksələrək 1.2-1.5 metrə çatması nəticəsində 31 fərdi yaşayış evinə su dolma halı yaranmış, sakinlərin təhlükəsizliyi risk altına düşmüşdür. Ərazidəki evlər əsasən 30-40 il əvvəl inşa edildiyi üçün köhnə tikililərin konstruksiyasına ciddi maddi ziyan dəymişdir.

Dərhal Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əraziyə FHN-in müvafiq qurumları, kommunal xidmət sahələrinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunmuşdur.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ərazidə ictimai asayişin qorunması və mühafizə tədbirləri həyata keçirilir.

FHN-in müvafiq xidmətləri və Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ərazidə 101 nəfər sakinlə bağlı operativ tədbirlər görülmüşdür. Həyata keçirilmiş xilasetmə işləri nəticəsində 34 nəfər sakin təhlükəsiz əraziyə təxliyə edilmişdir. Eyni zamanda, ərazidə suyun səviyyəsinin aşağı salınması üçün xüsusi təyinatlı nasoslar və motopompalar cəlb olunmuşdur.

Təxliyə olunan sakinlər yaradılmış qərargahda yerləşdirilərək qida, isti geyim və tibbi-psixoloji yardımla təmin olunmuşlar.

Hazırda ərazidə bərpa və təmizləmə işləri fasiləsiz davam etdirilir, fəsadların aradan qaldırılması istiqamətində kompleks tədbirlər görülür, vəziyyət nəzarət altındadır.

Mədəni-Niyyət qəzeti “Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir