ƏDƏBİYYAT

Mənim eşq dediyim müqəddəsliyin..Məhərrəm Orucsoy

Mən sənin eşqinlə çəkdiyim yola,

Gedirəm deməklə daş yumaladın.

O yolda gözümü qoymuşdum inan,

Yolları bağladın, yaş yumaladın.

Mən sənə məhəbbət şeiri yazdım,

Sənsə dayanmadan qarğış elədin.

Bizi ayırana küsdüm, kin tutdum.

Sənsə gülə-gülə alqış elədin.

Sən mənim beynimdə bitməyən əsər,

Mən sənin dilində acı söz oldum.

Sən mənim gözümdə ilahiləşdin,

Mən sənin gözündə kiçik, toz oldum.

Gözümlə qəlbimə çəkdiyim rəsmin,

Keçmişə baxdıqca silindi getdi.

Mənim eşq dediyim müqəddəsliyin,

Kinə xırdalandı, bölündü getdi.

Məhərrəm Orucsoy 18 may 2025

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir