DÜNYA

QULAM ƏHMƏD YAZIR.. FİLLƏR LOURENS ENTONİNİ SON MƏNZİLƏ YOLA SALDI

  • 2 mart 2012-ci ildə Cənubi Afrika Respublikasında təbiəti mühafizə və ətraf mühit üzrə mütəxəssis, araşdırmaçı və yazıçı, ölkənin Zululand vilayətinin Tula-Tula Milli qoruğunun rəiisi LOURENS ENTONİ qəfildən dünyasını dəyişdi. O, bütün dünyada fillərlə qeyri-adi ünsiyyət qurmaq qabiliyyətinə malik bir insan kimi tanınmışdı. Lourens ən aqressiv filləri belə sakitləşdirməyi bacarırdı. Bu səbəbdəjn o, yaşaması təhlükəli sayıldığına görə məhv edilməsi təklif olunan nə qədər filin həyatını xilas etmişdi.
    Ən təəccüblü hadisə isə onun qəfil ölümündən 12 saat sonra baş verdi. Onun evinə sarı bir-birinin arxasınca fillər gəlməyə başladı. Bu fillərin sırasında ən çoxu onun ölümdən xilas etdiyi fillər idi. Onlar 12 saat yol gəlmişdilər. Xilaskarlarının və dostlarının matəm mərasiminə gələn fillər çox sakit bir tərzdə iki gün onun evinin ətrafında durdular. Üçüncü gün daha bir dəstə fil onlara qoşuldu. Üçüncü dəstənin gəldiyi yerdən Lourensin evinə qədər olan məsafəni ölçən təbiəti mühafizə işçiləri belə bir qərara gəliblər ki, həmin fillər Lourensin ürəyinin dayandığı dəqiqədən yola çıxıblar. Fillər öz dostlarına son borclarını vermək, onlar üçün bütün insanlardan üstün olan bir şəxslə vidalaşmaq üçün gəlmişdilər.
    L.Entoninin ölümündən bir il sonra, 2 mart 2013-cü ildə fillər dəstə-dəstə yenidən onun evinə tərəf üz tutdular. Fillər öz xilaskar dostlarının ölümünün ildönümünə gəlmişdilər. Kədərli və üzgün halda.
    Fillər onlara yaxın olanın itkisini çox dərin kədərlə yaşayan azsaylı canlılardandır. Onlar yaxınlarının ölümünə kədərlənir, bəzən meyitin üstünü ağac budaqları ilə örtür, bəzən də ətrafda növbə çəkib dostlarının cəsədini yırtıcı heyvanlardan qoruyurlar. Fillər özünü güzgüdə tanıyır, ətrafda baş verənləri anlayır, hiss edir, xatırlayır və unutmurlar. Bu nəhənglər o qədər həssasdırlar ki, yüzlərlə kilometr məsafədən onların yaddaşında qalan insanın ürəyinin dayanmasını hiss ediblər. Onların sakit və qəmli gəlişi bunu bir daha sübut edir. Sübut edir ki, əsil dostluq nə məsafə, nə sərhəd, nə dil, nə də o canlının hansı növə aid olmasına baxmır.
    Fillərin Lourensin ölümünü necə duyduqlarına dəqiqliyi ilə heç kəs bilməsə də, alimlərin araşdırmaları bu sauala qismən cavab verir.
    Ən əsas dəlil budur ki, fillər uzun məsafədən insanların eşidə bilmədiyi qədər çox aşağı tezlikli səslər ilə seysmik rabitə vasitəsilə ünsiyyət qura bilirlər. Çox güman ki, Lourensin xortumlu dostları bu vasitə ilə bir-birinə xəbər ötürmüş və onlar ən qısa zamanda “şərtləşdikləri” yerə cəm olmuşlar.
    Nature Ecology & Evolution jurnalında aşağıdakı məlumat yayılıb:
    “ABŞ-ın Kolorado Dövlət Universitetinin zooloqları heyrətamiz fakt aşkar ediblər.
    Afrika filləri bir-birlərini adları ilə çağıra bilirlər. Həmçinin, bu qeyri-adi heyvanlar müəyyən bir fərd üçün xarakterik olan xüsusi səslərə cavab verə bilirlər. Adlar filin gövdəsinin vızıltısının alçaq tembrinin tərkib hissələrindən biridir ki, onlar savannada uzun məsafələrdən eşidə bilirlər”.
    1986-cı ildən 2022-ci ilə qədər Keniyanın Samburu Milli Oyun Qoruğunda və Amboseli Milli Parkında fil səslərinin audio kitabxanası yaradılıb.
    “…Xortumlular tərəfindən çıxarılan bütün səslər insan eşitməsi üçün əlçatan deyil,
    Fillər inanılmaz dərəcədə sosialdırlar, onlar həmişə bir-birləri ilə danışır və toxunurlar – yəqin ki, bu onların insanlarla ünsiyyət qura bilmələrinin səbəblərindən biridir”.
    Bunu tədqiqatın həmmüəllifi və Kolorado Dövlət Universitetinin ekoloqu Corc Vittemeier bildirib.
    Tərtib etdi: QULAM ƏHMƏD

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir