MHƏRRƏM ORUCSOY YAZIR..Yer göylərin göyündə…

Yer göylərin göyündə.
Dayandığım yer göylərin göyündə
Baş aşağı üzüm baxır buluda.
O da baxır aşağıdan yuxarı,
Hey istəyir ürəyimi ovuda.
Göyün üzü boyansa da eşq ilə
Buludların kədər yağır üzündən.
Göyün gözü mavi, parlaq, sevincli.
Buludların qan tökülür gözündən.
Göy üzünün üstü gülür sevincək,
Alt qatında fırtına var, tufan var.
Yuxarıda özgə aləm başqa vaxt,
Aşağıda ruh öldürən zaman var.
Məhərrəm Orucsoy.
Qətər, Raslaffan.
08.06.2025