ŞAHİN HƏMİDLİ..Yaz gecəsi…

Yaz gecəsi
Yatıb yuxusunda sayıqlayir yol,
Göylərə dikilər çuxur gözləri.
Bu axşam yatmayıb hər ağac, hər kol,
Tumurcuq yerindən yarpaq gözləyir.
Çöllərin üzünə düşübdü işıq,
Çiçəyi çırtlayıb yamacın, yalın.
Daş atma dərəyə, kimsən ay uşaq,
Qurbağa gölündə nə işin qalıb.
Dolaşır havada yarasa yaman,
Gecəni bağlayıb öz qanadına.
Bulud yaddaşını arayır səma,
Yağış xatirələr düşüb yadına.
Torpaq, istəyincə bir leysan yağa,
Körpə tumurcuqlar su istəyir, su.
Yer şehə batıbdır başdan-ayağa,
Göy ulduz gətirib sinə dolusu.
AYB-nin,AJB-nin üzvü,Şahin Həmidi.