İctimai xadim, ilahiyyatçı Hacı Rahim İsmayılov yenə ictimaiyyəti məclisinə yığdı…
İctimai Xadim,Araşdırmaçı publisist, “MENTALİTET” Yeni nəsilə Sosial-Mənəvi Dəstək İB sədri, Mədəni-Niyyət və yenideyer.az saytının təsisçi və baş redaktoru İlahiyyatçı Hacı Rahim İsmayılov, yenə ictimaiyyəti məclisinə yığdı…
16 sentyabr 2025-ci il tarixində Bakıda, Bakıxanov qəsəbəsi Səbinə şadlıq sarayında, aləmlərə rəhmət olaraq göndərilmiş Məhəmməd (s) Peyğəmbərin və övladı Cəfər Sadiq (ə) mövlud süfrəsinə dəvət almışdıq. Tədbirdə tanınmış ictimai simalar, başda şəhid anaları, ataları, qazilər olmaqla, ziyalılar, QHT rəhbərləri, jurnalist və bir çox elm adamları iştirak edirdilər. Tədbirdə çıxış edən Hacı Rahim İsmayılov, tanınmış vəkil Şəfiqə Nağıyeva, ilahiyyatçı Şəfa ana, YYSİB sədri Aydın Xan Əbilov və başqaları vətənpərvərlik ilə dini dəyərlərin gənc nəslin formalaşmasında xüsusi rolunu vurğuladılar. İlahi musiqilərə müşahidə olunan məclisdə şəhid ailələrinə ehtiram ifadə olundu, xalqımıza sevgi nümayiş edildi, uşaqlara hədiyyə, seçilmişlərə diplomlar verildi…
Mədəni-Niyyət qəzeti “Yenideyer.az”


















































