CƏMİYYƏTMƏDƏNİYYƏT

Mart ayında Azərbaycanda 17 gün qeyri-iş günü olacaq..

Martda Azərbaycanda 17 gün qeyri-iş günü olacaq.

🔺Belə ki, martın 8-i Beynəlxalq Qadınlar Günüdür və Azərbaycanda iş olmayan bayram günü sayılır. Bu tarix bazar gününə düşdüyünə görə, növbəti həftənin ilk iş günü – 9 mart da qeyri-iş günüdür.

Beləliklə, 5 günlük iş həftəsində çalışanlar üçün 3 gün ardıcıl iş olmayacaq.

🔺Həmçinin bu il Novruz və Ramazan bayramı günləri üst-üstə düşür. Martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart tarixləri də qeyri-iş günləri olacaq.

🔹Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşəcəyindən növbəti iş günü istirahət günü hesab olunur.

🔺Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri – 27 və 30 mart da qeyri-iş günləri olacaq.

🔺Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləridir.

31 mart bayramdan sonra ilk iş günü olacaq.

Mədəni-Niyyət qəzeti “Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir