CƏMİYYƏTGÜNDƏMKRİMİNAL

Ginnesin Rekordlar Kitabına düşən Lənkəranın Aşağı Nüvədi kənd sakini..

Ginnesin Rekordlar Kitabına düşən Lənkəranın Aşağı Nüvədi kənd sakini, tanınmış rekordçu Ələsgər Həsənzadə dənizdə öl*ü tapılıb.

Bildirilib ki, me*yit aidiyyəti üzrə təhvil verilib, ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, Ə. Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. Belə ki, o, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf (buna idman termini ilə “press” deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib. Bununla da o, dünyada Ginnesin Rekordlar Kitabına düşən ilk azyaşlı olub. O, həmçinin, Ginnesin Rekordlar Kitabında fəxri üzv kimi qeydə alınmışdır.

Mədəni-Niyyət qəzeti “Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir