Mübarək Ramazan ayının 10-cu gününün duası 28 Fevral, 2026..
28 Fevral, 2026
Mədəni-Niyyət qəzeti “Yenideyer.az”: Mübarək Ramazan ayının hər gününün duası vardır ki, namazlardan sonra oxunması müstəhəbdir.
Ərəbcə:
اللَّهُمَّ اجْعَلْنِي فِيهِ مِنَ الْمُتَوَكِّلِينَ عَلَيْكَ وَ اجْعَلْنِي فِيهِ مِنَ الْفَائِزِينَ لَدَيْكَ وَ اجْعَلْنِي فِيهِ مِنَ الْمُقَرَّبِينَ إِلَيْكَ بِإِحْسَانِكَ يَا غَايَةَ الطَّالِبِينَ
Oxunuş:
Əllahumməc’əlni fihi minəl-mutəvəkkilinə ələyk, vəc’əlni fihi minəl-faizinə lədəyk, vəc’əlni fihi minəl-muqərrəbinə iləyk, biihsanikə ya ğayətət-talibin.
Tərcüməsi:
İlahi, bu gündə məni (Sənə) təvəkkül edənlərdən və Sənin yanında feyzə çatanlardan, dərgahına müqərrəb olanlardan et. Səni and verirəm Öz ehsanına, ey (Səni axtarıb) tələb edənlərin Son məqsədi!
Mədəni-Niyyət qəzeti “Yenideyer.az”
