CƏMİYYƏT

Xəzər rayonunda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib..

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması ilə əlaqədar Xəzər rayonunda ağacəkmə aksiyası keçirilib.

   Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil yolunun sağ hissəsində keçirilən aksiyada  Rayon  İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, Xəzər RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, Şəhid ailələri və müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Aksiya iştirakçıları tərəfindən əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.

Mədəni-Niyyət qəzeti “Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir