Nəhayət ki “Sükutun – Məndəki səssizliyə sığınan səsin “ dərinliyinə vara bildim..

Əziz dostlar!
Nəhayət ki, “Mavi Mərmər”in dalğalarından keçib, “Sükutun – Məndəki səssizliyə sığınan səsin “ dərinliyinə vara bildim. Bu iki kitab mənim üçün sadəcə vərəqlər yığını deyil; böyük bir zəhmətin, yuxusuz gecələrin bəhrəsidir. Amma bu yolda mən tək deyildim. Hər sətrin arxasında, hər cümlənin sığalında böyük əziyyəti olan, mətnlərə can verən dəyərli redaktorlarım var.

Bu gün xüsusi olaraq Nicat Ismayilov, Kəramət Böyükçöl Əzizə Ağahüseynqızı və Evez Qurbanliya öz dərin minnətdarlığımı bildirirəm. Sizin zəhmətiniz, peşəkarlığınız və səbriniz olmasaydı, bu sətirlər oxucu limanına belə sağ-salamat və gözəl çatmazdı. Əllərinizə, qələminizə sağlıq, əziz qələm dostlarım!

Bizdə Mədəni-Niyyət qəzeti “Yenideyer.az” kollektivi olaraq müəllif Məhərrəm Orucsoyu təbrik edir bu yoda müvəffəqiyyətlər arzu edirik.

Mədəni-Niyyət qəzeti “Yenideyer.az”