CƏMİYYƏT

Nizami Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev adına Neft Emalı Zavodunun birgə təşkilatçılığı ilə..

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar Nizami rayonunda daha sağlam və dayanıqlı mühitin formalaşması və ətraf mühitin qorunması məqsədilə tədbirlər görülür, mövcud parkların abadlaşdırılması, yaşıllıq zolaqlarının salınması istiqamətində ardıcıl işlər aparılır.

Qeyd olunan işlər çərçivəsində martın 7-də Nizami Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev adına Neft Emalı Zavodunun birgə təşkilatçılığı ilə Mikayıl Əliyev və Oqtay Vəliyev küçələrinin kəsişməsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, könüllülər iştirak ediblər.

Tədbirdə iqlimə uyğun 200 ədəd Eldar şamı ağacı əkilib və suvarılıb, yol boyunca yaşıllıq zolağında aqrotexniki işlər görülüb.

Mədəni-Niyyət qəzeti “Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir