CƏMİYYƏT

Suraxanı rayonunda aparılan abadlıq və təmir-bərpa işləri davam edir..

Suraxanı rayonunda aparılan abadlıq və təmir-bərpa işləri çərçivəsində rayonun bütün qəsəbələrində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Hövsan qəsəbəsinin girişindən başlayaraq uzunluğu 1,8 km olan Oqtay Şabanov və Rasim Şahsuvarov küçələri boyunca abadlıq işləri aparılır.

Abadlıq tədbirləri çərçivəsində küçələrin ümumi görünüşünün yaxşılaşdırılması məqsədilə yol kənarında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları təmir olunur və ya yenidən qurulur, mövcud standartlara uyğun olmayan reklam konstruksiyaları sökülür.

Çoxmərtəbəli yaşayış binalarının fasadları suvanaraq rənglənir, məhəllələrdə təmizlik işləri aparılır, ətraf hasarlar yuyularaq rənglənir.

Vətəndaşların maneəsiz gediş-gəlişinin təmin olunması üçün bordürlər düzülərək yeni piyada səkiləri salınır, eləcə də işıq dirəkləri, qaz boruları rənglənir.

Mədəni-Niyyət qəzeti “Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir