CƏMİYYƏT

Ramazan ayı münasibətilə Xəzər rayonunda növbəti iftar süfrələri təşkil olunub..

14 mart 2026

  Müqəddəs Ramazan ayı münasibətilə Xəzər rayonunun Binə və Qala qəsəbələrində sakinlər üçün növbəti iftar süfrələri təşkil olunub.
Təşkil olunan iftar süfrələrində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH-in əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar və qəsəbə sakinləri iştirak ediblər.
    İftar məclislərində bir araya gələn sakinlər müqəddəs ayın mənəvi dəyərlərini bölüşüb, birlik və həmrəylik mühitində oruclarını açıblar.
Sonda iştirakçılar müqəddəs Ramazan ayının ölkəmizə sülh, əmin-amanlıq və ruzi-bərəkət gətirməsi arzusu ilə dualar ediblər.

Mədəni-Niyyət qəzeti “Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir