NAKAM EŞQİN HEKAYƏSİ..Professor Şirinov yazır
NAKAM EŞQİN HEKAYƏSİ
Özümü anladım,
İlk sevgi yarandı içimdə,
Gözyaşımla suladım, alovlandı içimdə,
Atəşinə tutuşdum yandı içim də,
Yaşadım hər cürə əngəl-yasaq,
– Mən sarıla bilmədim, ancaq…
İki illik hərbi xidmətə çağırdı “Vətən”,
-Qurbandı yolunda bu baş, bu bədən!
Həsrətiylə qayıdaraq xidmətdən,
gördüm onu tovlayıbdır bir maymaq,
-Mən sarıla bilmədim, ancaq…
Harda olsam bu sevgi yaşatdı məni,
Güc verdi, göylərə ucaltdı məni,
Vüsal həsrətiylə qocaltdı məni,
Bu da son, sardı qara torpaq,
– Mən sarıla bilmədim, ancaq…
Bu son mənzil, baş ucunda qara daş,
Gəldim vidalaşım, gözlərimdə yaş.
Nakam eşqin sonu buymuş, arkadaş.
Qəbri qucaqlayıb ağlayır oğul- uşaq,
-Mən sarıla bilmədim, ancaq…
Professor Zarraf Şirinov
Mədəni-Niyyət qəzeti “Yenideyer.az”
