CƏMİYYƏTMENTALİTET-QHT

1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Gününü

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Xankəndində qarşılamaq bizə həm qürur, həm də böyük sevinc bəxş etdi. Bu torpaqlarda yenidən uşaqların gülüş səsi eşidilir, bayrağımız dalğalanır, həyat canlanır. Balaca fidanlarımızın xoşbəxtliyi, gözlərindəki ümid işığı hər şeyə dəyər.

Bu gün – gələcəyimizin sahibləri olan uşaqlar üçün yeni başlanğıcların, azad və təhlükəsiz günlərin təməlidir. Onların sülh və rifah içində böyüməsi üçün hər birimiz məsuliyyət daşıyırıq.

Qoy, Xankəndindəki bu ilk bayram, gələcək illərin sonsuz sevincinə, qardaşlıq və birliyə aparan yolun başlanğıcı olsun. Bayramınız mübarək, əziz uşaqlar! ❤️🇦🇿

“Vəfa”Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin təsisçisi və sədri Fatimə Hacıbəyli öz sosial şəbəkə hesabında paylaşım etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir