Qulam Əhməd yazır.. Şəhid Rahilə Orucova
Rəhilə Orucova vətən uğrunda döyüşlərdə şəhid olanda 27 yaşı var idi.

Rəhilə Orucova vətən uğrunda döyüşlərdə şəhid olanda 27 yaşı var idi.
Rəhilə 25-IX-1965-ci ildə Qərbi Azərbaycanın xüsusi gözəlliyə malik Göyçə mahalında doğulmuşdu. 1973-cü ildən Ağstafa rayonunda orta təhsil almış, 1981-ci ildə təhsilini Bakıda başa vurmuşdur. O, Bakıda Tibb texnikumuna daxil olmuş, texnikumu bitirdikdən sonra Bakı təcili yardım xəstəxanansının reanimasiya şöbəsində işə başlamışdır. Ermənistan Azərbaycana qarşı müharibəyə başlayanda könüllü olaraq cəbhəyə getdi. Bu, Rəhilənin tərəfindən insanların həyatını xilas etmək üçün çox böyük addım idi. O,8 may 1992-ci ildə Şuşanın işğal olunması xəbərini Tərtərdə eşidi. Həmin ərəfədə Ağdərə rayonunun Marquşevan kəndinə hücum barədə əmr verilmişdi. Cəsur qız qorxmaz əskərlərlə çiyin-çiyinə döyüşə gedirdi. Onun xidmət etdiyi “Qurtuluş” batalyonunun əskərlərinin sırasından Balaxan adlı bir gənc Rəhiləyə aşiq olmuşdu.Onu böyük məhəbbətlə sevirdi. Rəhilənin də bu sevgidən xəbəri var idi. Ağdərə rayonunun Şixlar kəndi uğrunda həmin gün gedən döyüşlərdə şəxsi heyətdən 11 nəfər Azərbaycan əskəri şəhid oldu. Balaxan da onların sırasında idi. Rəhilə onu da xilas etmək üçün çox çalışdı. Müharibənin acı və qəddar üzü bu səmimi və mehriban və qayğıkeş qıza çox çətinliklər yaşatmışdı. Bu da bir zərbə oldu. 4 mayda Rəhilə Bakının şəhidlər xiyabanında dəfn olunmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdi. Qədrlərin yanında təzə qazılmış boş bir qəbir var idi. Rəhilə Şəhidlər xiyabanının xidmətçisi Məmməd kişini çağırıb dedi:
- Məmməd dayı, xahiş edirəm, bu yeri mənim üçün saxla. Cəbhə yoldaşlarımdan uzaq düşmək istəmirəm. Bir həftəyə gəlirəm.
Bu söhbətdən düz bir həftə sonra, 11 mayda döyüş zamanı düşmən snayperinin gülləsi onun sinəsindən-ürəyindən daxil olub kürəyindən çıxdı. Rəhilənin şəhadəti bütün batalyonu sarsıtdı. Hamı Rəhilənin ölümünə görə, “biz onu qoruya bilmədik”-deyə özünü günahkar hesab edirdi.
Mayin 13-də Rəhilə Şəhidlər xiyabanında dəfn olundu. O, çəhidlər xiyabanında dəfn olunmuş ilk hərbçi qadındır.
Bu gün Şuşa da , Ağdərənin Şixlar kəndi də, bir sözlə bütün Qarabağ azaddır. Qarabağda böyük quruluş işləri aparılır. Yəqin ki, cəmi şəhidlərlə bərabər Rəhilənin də ruhu şaddır.
1992-ci il sentyabr ayında vaxtilə təhsil aldığı 109 nömrəli məktəbə şəhid Rəhilə Orucovanın adı verilmişdir və həyətində büstü qoyulmuşdur. Nizami rayonunda adına bulaq var
Allah cəmi şəhidlərimizə, o cümlədən qəhrəman xabnım Rəhilə Orucovaya rəhmət eləsin!