Amina Psixoloji Reabilitasiya Mərkəzi festivalda..
4 aprel Park Bulvarda Gənclər və İdman Nazirliyi, Azfest group və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən möhtəşəm festivalda Amina Psixoloji Reabilitasiya Mərkəzi olaraq biz də yerimizi aldıq!
Bu gözəl təşəbbüs sayəsində həm valideynlərlə yaxından ünsiyyətdə olduq, həm də uşaqlarımızın əl işlərini və mərkəzimizin xidmətlərini geniş auditoriyaya təqdim etdik. Belə əhəmiyyətli və maarifləndirici layihələrin bir hissəsi olmaqdan qürur duyuruq.
Təşkilatçılara və stendimizə yaxınlaşan hər kəsə dərin təşəkkürümüzü bildiririk!
keçid bir başa aşağıda verilmiş linkdə..
https://www.instagram.com/psixoloq.gunelkarimova
Mədəni-Niyyət qəzeti “Yenideyer.az”
