BAKIDA GÜCLÜ PARTLAYIŞ OLUB: HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR…
Mədəni-Niyyət qəzeti “Yenideyer.az” xəbər verirki Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Aidiyyəti qurumlar tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.




Mədəni-Niyyət qəzeti “Yenideyer.az”