Mübarək Ramazan ayının 9-cu gününün duası.27 Fevral, 2026..
27 Fevral, 2026
Mədəni-Niyyət qəzeti “Yenideyer.az”: Mübarək Ramazan ayının hər gününün duası vardır ki, namazlardan sonra oxunması müstəhəbdir.
Ərəbcə:
اَللّـهُمَّ اجْعَلْ لي فيهِ نَصيباً مِنْ رَحْمَتِكَ الْواسِعَةِ، وَاهْدِني فيهِ لِبَراهينِكَ السّاطِعَةِ، وَخُذْ بِناصِيَتي اِلى مَرْضاتِكَ الْجامِعَةِ بِمَحَبَّتِكَ يا اَمَلَ الْمُشْتاقينَ
Duanın oxunuşu: Əllahumməc`əl li fihi nəsibən min rəhmətikəl vasiəh, vəhdini fihi libərahinikəs-satiəh, və xuz binasiyəti ila mərzatikəl camiəh, biməhəbbətikə ya əmələl muştaqin.
Tərcüməsi:
Duanın tərcüməsi: İlahi, Öz məhəbbətinlə bu gün mənə Öz geniş rəhmətindən bir pay qismət et və məni aydın, güclü dəlillərinlə doğru yola yönəlt, məni istədiyin əməllərin hamısına müvəffəq et, ey istəklilərin arzusu!
Mədəni-Niyyət qəzeti “Yenideyer.az”
