ŞƏHİDLƏRYENİDEYER-TV

Şəhid Zeynalov Əzzəman Mehman oğlunun anım tədbiri keçirilib

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri “Dəmir Yumruq Alfa A” cəmiyyəti həyata keçirdi. Tədbirin aparıcıları — gənc şair Elmar Sahib və qiraətçi Kəmalə Elmar qızı tədbiri açıq elan edərək ilk öncə çıxış üçün sözü “Dəmir Yumruq Alfa A” cəmiyyətinin sədri Ülviyyə Əsədovaya verdilər. Ülviyyə xanım çıxışında şəhid analarını və atalarını salamladı, 44 günlük Vətən müharibəsindəki Zəfər tariximizdən və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir Yumruq” ifadəsinin mənasından bəhs etdi.

Daha sonra söz şəhidin atası Mehman Zeynalova və anası Könül Zeynalovaya verildi. Valideynlər üçün danışmaq nə qədər ağır olsa da, övladları haqqında qürurla və fəxrlə danışdılar.

Tədbirdə ictimai birliklərin rəhbərləri, jurnalistlər, media nümayəndələri, yazarlar, şairlər və ziyalı qonaqlar iştirak edirdi. Həmçinin ölkənin müxtəlif bölgələrindən gəlmiş şəhid ailələri də tədbirdə yer almışdı.

Tədbirin bədii hissəsində vətənpərvər müğənnilər sevilən ifalarını və şəhid Əzzəmanın xatirəsinə həsr olunmuş mahnıları səsləndirdilər. Müğənnilərlə yanaşı, ilahiyyatçı Hacı Rahim də iştirak etdi. O, çıxışında mənəvi dəyərlərdən söz açdı və şəhid analarına təsəlli verən duyğulu nitqi ilə tədbir iştirakçılarına dərin təsir bağışladı.

Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Sabunçu Gənclər Evində çalışanlara təşəkkür edirik. Başda direktor Kamil müəllim və İbrahim bəy olmaqla, bütün təşkilatçılara minnətdarlığımızı bildiririk.

Allah şəhidlərimizin məqamını uca etsin!

pressdent.az

Şəhid Zeynalov Əzzəman Mehman oğlu 29 dekabr 1996- cı ildə Lənkəran rayonunda Vətənərvər bir ailədə dünyaya göz acmışdı.

Bakı şəhəri, Sabunçu qəsəbəsində böyüyüb başa çatmışdır.

Həmin qəsəbədəki 68 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dənizçilik Məktəbi ‘nə daxil olmuşdur. Vətənini,torpagını,bayragını canından cox seven

Əzzəman Zeynalov 12 yanvar 2015- ci ildə hərbi xidmətə yollandı. Qazaxda sərhədyanı bölgədə hərbi xidmətini davam etdirmişdir.

Xidmeti zamanı her kəsdən fərqlənən Əzzəman bütün tapşırıqları can başla yerinə yetirirdi.

Hərbi xidməti başa vurmağına 39 gün qalmış döyüş tapşırığında növbədə olarkən ürəyindən aldığı güllə yarası nəticəsində Şəhid olmuşdur.

Allah rəhmət eləsin🤲🇦🇿

Mədəni-Niyyət qəzeti yenideyer.azhttps://youtu.be/vN43B4WKgEI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir