Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə tədbir təşkil olunub..
Martın 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Zığ Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və 315 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Müəllim-şagird-valideyn münasibətlərində qarşılıqlı hörmət və etibar ” adlı tədbir təşkil olunub.
315 saylı tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Suraxanı rayon İcra hakimiyyəti başçısının müavini, RİHB-i yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Könül Axundova, monitorinq və əlaqələndirmə qrupunun üzvləri, bələdiyyə sədrləri, psixoloqlar, eləcə də məktəbin direktoru, müəllim və şagird heyyəti iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Məktəbin direktoru Gülnar Nəsrullayeva çıxışında təhsilin keyfiyyətinin müəllim, şagird və valideyn arasında qurulan qarşılıqlı etibardan asılı olduğunu bildirərək, bu üçtərəfli münasibətlərin sağlam cəmiyyətin formalaşmasındakı strateji rolunu vurğulayıb.
Suraxanı rayon İcra hakimiyyəti başçısının müavini, RİHB-i yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Könül Axundova çıxış edərək vurğulayıb ki, müəllim-şagird-valideyn münasibətlərində qarşılıqlı etibarın qurulması məktəbdə sağlam psixoloji mühitin təminatı və məişət zorakılığı hallarının qarşısının alınmasında ən effektiv aaddımdır. O, hörmətə dayanan dialoqun həm də ailə daxili mənəvi dəyərlərin qorunması və zorakılığa qarşı tolerantlıq mühitinin yaradılması üçün strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tədbirdə mövzu ilə bağlı Zığ Bələdiyyəsinin sədri Arzu Aslanovanın, məktəbin təlim tərbiyə işləri üzrə müavini Leyli Rüstəmovanın, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi – Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Vəfa Qüdrətlinin də çıxışları dinlənilib.
Həmçinin, şagirdlərin təqdimatında mövzuya dair səhnəcik və videoçarx nümayiş olunub.











Mədəni-Niyyət qəzeti “Yenideyer.az”