İctimai Şuranın növbəti iclasında2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib..
Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın növbəti iclasında
2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib
Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın növbəti iclası keçirilmişdir. İclasda Şuranın iclasının gündəlyi təsdiq olunmuş, ilk olaraq 2026-2028-ci illər üçün Fəaliyyət Planının layihəsi müzakirəyə çıxarılmışdır.
Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri Rəna İbrahimova qeyd etmişdir ki, Şura üzvlərinin təklifləri əsasında Fəaliyyət Planı layihəsi hazırlanıb. O, bildirib ki, qarşıda duran əsas vəzifə Şuranın fəaliyyətini daha da gücləndirməkdir. “Cəmiyyətlə dövlət arasında əlaqə yalnız dialoqla yox, nəticə ilə ölçülür”, – deyə R. İbrahimova vurğulayıb.
Nəzərdə tutulan tədbilər İctimai Şuranın səmərəli və nəticəyönümlü fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradır. Qanunun aliliyi, şəffaflıq, obyektivlik, peşəkarlıq və dövlət–cəmiyyət əməkdaşlığının gücləndirilməsi prinsiplərini əsas götürən Fəaliyyət Planı bir neçə istiqamət üzrə tədbirləri və təşəbbüsləri müəyyənləşdirir.
Geniş müzakirələrdən sonra Fəaliyyət Planı qəbul edilmişdir.
Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın Mətbuat xidməti





Mədəni-Niyyət qəzeti “Yenideyer.az”
