CƏMİYYƏTİNCƏSƏNƏTMƏDƏNİYYƏT

Mil-Muğan regionundakı muzeylərdə “Açıq qapı” günü təşkil olunub..

Mil-Muğan regionundakı muzeylərdə “Açıq qapı” günü təşkil olunub

18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə, ziyarətçilərin asudə vaxtının səmərəli təşkili və onların muzeylər, eləcə də tarix-mədəniyyət qoruqları vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən respublika üzrə “Açıq qapı” günü elan olunub.

Bu çərçivədə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə daxil olan Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərində ziyarətçi qəbulu həyata keçirilib və ekskursiyalar təşkil olunub.

Gün ərzində muzeylər ziyarətçilər üçün açıq olub, giriş sərbəst təşkil edilib. Keçirilən ekskursiyalar zamanı ziyarətçilərə rayonların zəngin tarixi, maddi-mədəni irsi, qədim eksponatlar və milli dəyərlər barədə ətraflı məlumat verilib.

Muzey əməkdaşlarının təqdim etdiyi bələdçilik xidməti sayəsində qonaqlar ekspozisiyalarla yaxından tanış olub, regionun tarixini əks etdirən nadir nümunələri maraqla izləyiblər. Xüsusilə məktəblilərin və gənclərin fəal iştirakı diqqət çəkib.

“Açıq qapı” günü çərçivəsində həyata keçirilən bu təşəbbüs ziyarətçilərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, milli-mədəni irsimizin təbliği və qorunmasına xidmət edir.

Mədəni-Niyyət qəzeti “Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir