Bir qrup sayt rəhbəri, tanınmış media nümayəndəsi və teleekspert Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundu..
Bu gün Azərbaycan Jurnalistlər Birliyinə qəbul olunan yeni üzvlərə vəsiqələrin təqdimat mərasimi baş tutub.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlının iştirakı ilə keçirilən tədbirdə bir çox tanınmışlar iştirak edib.
Tədbiri açaraq qonaqları salamlayan Elçin Şıxlı AJB tarixi haqqında qısaca məlumatlar verdi, qarşıda planlaşdırdıqları fəaliyyət istiqamətləri haqqında danışdı.
İctimai xadim, Araşdırmaçı-Publisist, Mədəni-Niyyət qəzetinin , “Yenideyer.az” saytının təsisçi və baş redaktoru, “MENTALİTET” sosial-mənəvi dəstək İB sədri,Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regionalının sədt müavini,Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın Katibi ilahiyyatçı Hacı Rahim İsmayılov da Azərbaycan Jurnalistlər birliyinə üzv seçildi.
O cümlədən Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı yeni üzvlərə – tanınmış jurnalist və sayt rəhbərləri, ictimai fəallar, publisist və televiziya verilişlərinin ekspertlərindən Aydın Xan Əbilov, Fəridə Nizamiqızı, Rahim İsmayılov, Ramal Əliyev, İradə Həsənova, Bəxtiyar Kazımlı, Əfsanə Nəbiyeva – Familqızı, Ülkər Piriyeva, İlhamə Mustafayeva – Laçın, Ceyhun Süleymanov, İsmayıl Zalov və Ramilə Eminli – Sultana üzvlük vəsiqələrini təqdim etdi.
Tanınmış media üzvləri AJB və onun sədrinə minnətdarlıqlarını çatdırdılar, hər zaman jurnalist imicini qoruyacaqlarına söz verdilər.
Qeyd olundu ki, yeni üzvlər uzun illərdir ki, mətbuat, media, yeni media və televiziya sahələrində fəaliyyət göstərir, cəmiyyət üçün aktual olan ictimai-sosial problemləri araşdırır, neo-maarifləndirmə işləri aparır və ictimaiyyətə obyektiv məlumatlar, analizlər, ekspert rəyləri təqdim etməklə informasiya çağının aktivistləri kimi tanınırlar. Onlar uzun illərdir televiziya kanallarında — AZ TV, Xəzər TV, ARB TV, Kanal S TV, Space TV, Dünya TV, Reaksiya TV, Biznes TV, YeniMedia TV və başqa telekanallarda sosial-ictimai, mədəni-kütləvi, analitik-informativ verilişlərin ekspertləri kimi də fəal iştirak edirlər.
Sonda xatirə fotoları çəkildi, yeni üzvlərə uğurlar arzulandı.
Mədəni-Niyyət qəzeti “Yenideyer.az”





